• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı generalın büstü qoyuldu

Rusiyada azərbaycanlı generalın büstü qoyuldu
04.11.2016 18:18
Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak kadet məktəbində Rusiya imperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçrilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 34 il Rusiya imperiyasına xidmət edən sərkərdənin xatirəsi büstün açılışında və yerli kazak təşkilatının konfransında anılıb.

Rus İmperiyasının süvari qvardiya korpusuna komandanlıq etmiş Hüseyn xan Naxçıvanskiyə büstün qoyulması Ümumrusiya Azərbaycan Konqresinin Tambov regional bölməsinin rəhbəri Rəhim Hüseynovun təşəbbüsüdür. Açılış mərasimində çıxış edən diaspor rəhbəri Hüseyn xanın xidmətlərindən və Azərbaycan-rus xalqlarının dostluğundan bəhs edib. O bildirib ki, keçmiş ittifaq dövlətlərinin çoxunda rus məktəblərinin bağlandığı bir vaxtda Azərbaycanda yüzlərdə rus məktəbinin, Rus Dram Teatrı, Rusiyanın ali məktəbləri, rus mədəniyyət mərkəzinin fəaliyyət göstərməsi bu dostluğun bariz nümunəsidir.

Tambov Kazak Cəmiyyətinin atamanı Vladimir Veklenko isə Hüseyn xan Naxçıvanskinin tarixə şərəfli cəngavər kimi düşdüyünü vurğulayıb: "Təəssüf ki, siyasi səbəblərdən bu qəhrəman haqda SSRİ dövründə susublar, amma onun xidmətləri danılmazdır. Artıq onun xatirəsi Azərbaycanla yanaşı, Tambovda da yad ediləcək".

Tədbirdə Rusiya Federal Mərkəzi Dairəsi üzrə Prezidentin rəsmi nümayəndəsi Aleksandr Beqlovun təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra əksəriyyəti Rusiyanın müxtəlif güc strurkturlarının və administrativ instansiyalarının rəsmiləri olan Tambov vilayətinin kazakları konfrans keçirib. Konfransda ÜAK-ın nümayəndəsi Anar Həsənov Naxçıvan xanlığı və Naxçıvanskilər sülaləsi haqqında çıxış edib. Qeyd edib ki, Hüseyn xan Naxçıvan xanlığına hakimlik etmiş Naxçıvanskilər sülaləsinin nümayəndəsi olub. 1828-ci ildə Rusiya tərkibinə keçdikdən sonra imperiyaya xidmət edən Hüseyn xan rus-yapon müharibəsində şücaətlə vuruşduğuna görə 4-cü dərəcəli "Georgi xaçı” ilə təltif edilib. Birinci dünya müharibəsində isə Brusilov əməliyyatında göstərdiyi şücaətə görə 3-cü dərəcəli "Georgi xaçı” ordeninə layiq görülüb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol