Azərbaycanda uşaqlara daha çox hansı adlar verilib? - SİYAHI

Bu ilin 10 ayı ərzində Azərbaycanda doğulan körpələrə daha çox qoyulan adların ilk beşliyində Yusif (2698), Hüseyin (1808), Əli (1746), Ömər (1378), Məhəmməd (1126), Zəhra (2338), Nuray (1742), Fatimə (1512), Zeynəb (1446) və Aylin (1341) adları gəlir.
Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, siyahıda ilk onluqda Tunar (1051), Murad (1051), Ayxan (972), Uğur (970), İbrahim (737), (Məryəm (1245), Ayan (1100), Mələk (1070), Mədinə (865), Dəniz (885) adları da yer alıb.
Bundan başqa, bu il uşaqlara verilən adlar arasında Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, Fərid, İsmayıl, Ramal, Gülay, Xədicə, Səma, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu kimi adlar üstünlük da təşkil edib.
Ümumiyyətlə, qoyulan adlar arasında ərəb və fars mənşəli olanlar daha çoxdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























