• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” qiymətləri qaldıracaq? - Açıqlama

“Azercell” qiymətləri qaldıracaq? - Açıqlama
05.11.2016 10:44
Ölkənin ən böyük mobil operatoru olan "Azercell" şirkəti tarifləri artıra biləcəyini elan edib.
 
Bu barədə "Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev fins.az-ın sualına cavab verərkən bildirib. Onun sözlərinə görə, iqtisadi vəziyyət, manatın devalvasiyası və digər amillər şirkətin gəlirlərinə təsir edib və 2015-ci illə müqayisədə bu il "Azercell" şirkətinin gəlirləri azalıb: "Azercell"in bütün müasir avadanlıqları xaricdən idxal etdiyini nəzərə alsaq, bu amillər bizə daha çox təsir edib. Biz çalışırıq ki, müştərilərimiz bunu hiss etməsin. Xidmətlərimizi yüksək səviyyədə saxlamağa çalışırıq».

Şirkət rəhbəri "Azercell"in bu il tarifləri artırmaq planları ilə bağlı suala cavab verərkən bildirib ki, şirkət tarifləri artırmamağa çalışacaq. Amma bu baş versə də qiymət artımı ciddi olmayacaq: "Tarifləri artırmamağa çalışacağıq. Əgər hər hansı bir artım olarsa, çalışacağıq tam əsaslandırılmış, bazara və bizim müştərilərimizin bugünkü durumuna uyğun olsun. Biz müştərilərimizi düşünərək fantastik qiymət artımı planlaşdırmırıq".

V.Mürsəliyev əlavə edib ki, şirkət işçilərini ixtisar etməyəcək: "Çünki, mən indiki iqtisadi durumda işçiləri ixtisar etməyi doğru saymıram. Biz xərclərimizə ciddi nəzarət etsək, heç buna ehtiyac da qalmayacaq. Ümumiyyətlə, biznesin əsas şərti xərclərə doğru nəzarət etməkdir. İstənilən şirkət xərclərinə düzgün nəzarət edərsə, işçi ixtisarına da gərək olmaz".


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol