Dizellə işləyən maşınlar mütəmadi yoxlanmalıdır - Ziyana düşə bilərsiz - VİDEO

Avtomobildən paravoz kimi tüstü çıxır, səsi isə traktoru xatırladır.
Yerli dizel yanacağı ilə işləyən maşınlar mütəmadi yoxlanılmayanda, bu hala düşür, səsi və tüstüsü artır.
Mütəxəssislər bildirir ki, Azərbaycanda yalnız "Avro-3" standartına uyğun dizel satılır ki, bu da, 2000-ci ildən əvvəl istehsal edilən avtomobillər üçündür.
Belə avtomobillərlə bağlı ustalara tez-tez müraciətlər daxil olur. Bu zaman mühərrikin düzəldilməsinin xərci avtomobilin marka və modelindən aslı olaraq, 300 manatla 3 min manat arasında dəyişir. Sürücülər mühərrikin ömrünü qatqı maddələri ilə artıra bilərlər. Belə maddələri də mühərrikin növünə görə seçmək lazımdır.
Qatqı maddələrinin normadan çox istifadə edilməsi də mühərrikə ziyan vura bilər.
ANN.Az Xəzər Xəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























