• $
  • €
  • ₽
  • ₺
  • £

Yeməkdən sonra yatmayın - ZƏRƏRLƏR

Yeməkdən sonra yatmayın - ZƏRƏRLƏR
06.11.2016 20:50
Bir çox insanlar bilir ki, yeməkdən dərhal sonra uzanmaq və yatmaq olmaz.
 
Lakin bunun səbəbləri bir çoxlarımız üçün dəqiq məlum deyil.

Həkimlər xəbərdarlıq edir - yeməkdən dərhal sonra uzanan və ya yatan insanda bəzi pozulmaların inkişafı riski xeyli artır.

1. Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə - qida borusuna düşə bilər. Əgər bu hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur.
 
Qida borusunun iltihabı "ezofagit" adlanır. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.

2. Elmi araşdırmalar göstərib ki, yeməkdən sonra yatan insanda şəkərli diabet xəstliyinin riski artır.

3. Yeməkdən sonra yatan insanda piylənmənin riski artmış olur. Yuxu zamanı mübadilə proseləri ləngiyir və bu da bədən çəkinsinin artmasına gətirib çıxardır.

4. Yeməkdən dərhal sonra yatan insanların qanında xolesterinin səviyyəsi artır. Xolesterinin səviyyəsinin artması ürək-damar sisteminə çox mənfi təsir edir, insult və infarktın riskini artırır.

Alimlər yeməkdən sonra bir qədər gəzməyi tövsiyə edirlər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol