• $
  • €
  • ₽
  • ₺
  • £

Yağışdan əvvəl oynaqlar nə üçün ağrıyır?

Yağışdan əvvəl oynaqlar nə üçün ağrıyır?
06.11.2016 23:31
"Oynaqlarım ağrıyır, yəqin ki, yağış yağacaq..."

Bir çox insanlarda havanın kəskin dəyişilməsi (yağış, soyuq, külək) zamanı əhval-ruhiyyənin pozulması, müxtəlif ağrılar və s. olur. Buna meteohəssaslıq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan qadınların yarısı və kişilərin 1/3 hissəsi meteohəssasdır.

Revmatizm, artroz, artrit, osteoxondroz kimi xəstəliklərdən əziyyət çəkənlər, keçmişdə sümük və ya oynaq travmaları alan insanlar havanın dəyişilməsinə xüsusilə həssas olur. Bunun səbəblərini izah edək.

Bu xəstəliklər zamanı oynaq və sümüklərdən əlavə burada yerləşən sinir ucları zədələnir. Atmosfer təzyiqi dəyişildikdə oynaqların boşluqlarında olan təzyiq də dəyişilir. Bunun nəticəsində xəstə sinir ucları gıcıqlanır, ödemləşir və bu da oynaq və sümüklərdə ağılara və digər xoşagəlməz hisslərə səbəb olur.  Atmosfer təzyiqi normaya düşdükdə ağrılar da azalır və ya yox olur.

Əgər havanın dəyişilməsi zamanı siz oynaq və sümüklərdə ağrılar hiss edirsinizsə, mütləq revmatoloqa müraciət edin. Hətta bu ağrılar sizi yalnız havanın dəyişilməsi zamanı narahat edirsə, digər vaxtlarda isə siz özünüzü tam sağlam hiss edirsinizsə, müayinədən keçin. Artrit və artroz kimi ağır oynaq xəstəliklərinin ilk mərhələlərində xəstədə havaya olan reaksiya ilk və yeqanə simptom olur. Xəstəlik inkişaf etdikcə ağrılar hətta yaxşı havada meydana çıxmağa başlayır, getdikcə artır, güclənir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol