• $
  • €
  • ₽
  • ₺
  • £

Göyçayda ənənəvi "Nar bayramı" - FOTOLAR

Göyçayda ənənəvi "Nar bayramı" - FOTOLAR
07.11.2016 14:27

Rüstəm Qasımov
 
Oktyabr ayının 26-dan noyabrın 7-nə  qədər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay rayonunda "Nar bayramı" keçirilir.
 
Azərbaycan yeganə ölkədir ki, ərazisində narın bütün növləri yetişir. Göyçay şəhəri isə hər il keçirilən "Nar bayramı"nın mərkəzi sayılır. Bu da təsadüfi deyil, axı bu rayonda 4 min hektar nar bağı var. Bu bağlardan hər il 50 min ton nar yığılır.
 
Qeyd etmək lazımdır ki, yerli bağbanlar bayrama öz məhsullarının ən bəhrəlisini "Ən böyük nar” müsabiqəsində iştirak etmək üçün gətirirlər. Hətta festivalların birində 1,5 kq çəkisi olan nar təqdim olunub. Mənə burada məlum oldu ki, nar bir çox müalicəvi xüsusiyyətlərə malikdir. Məsələn, nar şirəsi təzyiqin sabitləşməsi üçün istifadə olunur, nar qabığı isə  həzmin yaxşılaşmasına kömək edir.
 
Bayram tədbirlərinə qonşu rayonlardan dövlət orqanlarının əməkdaşları, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri gəlir.

"Nar bayramı" həmçinin milli musiqilərimizin ifası, rəqs ansamblının çıxışı, idmançıların maraqlı akrobatik hərəkətləri, müxtəlif müsabiqələr və sərgilərlə yadda qaldı. Tədbirin ənənəvi olaraq bayram konserti və atəşfəşanlıqla başa çatdı.

ANN.Az xəbər portalı Göyçayda keçirilən "Nar bayramı"ndan olan fotoşəkilləri diqqətinizə çatdırır:

 

 




























www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol