• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilanlar niyə oyanıb?

Azərbaycanda ilanlar niyə oyanıb?
08.11.2016 09:47
Azərbaycanda ilanların kütləvi şəkildə ayrı-ayrı ərazilərdə görünməsi təbiətdə gedən proseslərlə, iqlim dəyişikliyi ilə əlaqədardır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, havaların qeyri-sabit keçməsi ilanların müxtəlif ərazilərdə kütləvi şəkildə görünməsinə səbəb olub:

"Qış yuxusuna getmiş canlılar - istər heyvanlar, istərsə də bitkilər müəyyən siqnaldan, yəni Günəşin parıltısından, torpağın, havanın temperaturundan oyanırlar. Son dövrlərdə əvvəl quraqlıq oldu, sonra yağıntıların miqdarı artdı, daha sonra soyuq, sərt havalar oldu. Bunun ardınca isə havanın temperaturu yüksəldi. İlanlar bu siqnallara çevik reaksiya verə bilmirlər. Bəzi ilanlar elə bilir ki, artıq temperatur yüksəlib, ayılmaq vaxtıdır, dururlar. Bəziləri isə köç edir ki, bu da bir çox insanlara qəribə gəlir. Amma bunda təhlükəli hal yoxdur”.

E.Yusifov qeyd edib ki, ilanlar soyuqqanlı heyvan olduqlarından mühitin temperaturuna uyğun yaşayırlar. Buna görə də ilanlar soyuq havada yatırlar.

İlanların soyuq dövrdə məhv olmamaları üçün yuxulama dövrünə keçdiklərini deyən E.Yusifov əlavə edib ki, artıq noyabrın ikinci dekadasından ilanlar yatmağa başlayacaqlar: "Erkən yazda - Günəş parıltısının artması, torpağın temperaturunun yüksəlməsi onlara siqnal verəcək. Martın ikinci yarısından, yəni 20-dən sonra ilanlar üzə çıxacaqlar”.

E.Yusifov qeyd edib ki, Azərbaycanda ilanların ən çox yayıldığı ərazilər Kür-Araz ovalığı, Haramı düzüdür.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanda ilanların sayının artdığını demək çətindir. Çünki bunun üçün ölkə üzrə, xüsusilə, həmin ərazilərdə monitorinq aparmaq, ilanların sayını, artım dinamikasını müəyyənləşdirmək lazımdır.

İnstitut direktoru ilanların sayının artmasına səbəb olan amilləri də açıqlayıb. Onun sözlərinə görə, ilanların sayının artmasının səbəbi onların yem bazasının-siçanların sayının artması, eyni zamanda, bəzi yerlərdə tikinti işlərinin geniş vüsət alması ilə bağlı ola bilər: 

"Bəzən quru, boş bir ərazidə birdən-birə 5-10 bina tikilir. Həmin ərazinin bütün ilanları da başqa yerə qaçırlar. İnsanlarda belə təəssürat yaranır ki, ilanların sayı artıb. Amma onlar həmin ərazidən başqa yerə köçürlər”.

Qeyd edək ki, son günlər Azərbaycanın bəzi rayonlarında ilanların kütləvi şəkildə görünməsi hallarına rast gəlinib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol