• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərpoçt"dan dekoderlə bağlı AÇIQLAMA

"Azərpoçt"dan dekoderlə bağlı AÇIQLAMA
08.11.2016 11:36
"Bakı və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra yardımçı tədbir kimi "Azərpoçt”un filiallarında dekoderin satışı təşkil edilib. Həmin dekoderlər ticarət güzəşti əsasında distributorlar tərəfindən "Azərpoçt”a təqdim edilən qiymətə satılır”.

ANN.Az xəbər verir ki, bunu "Report”a açıqlamasında "Azərpoçt” MMC-nin baş direktoru vəzifəsini icra edən Sübhan Kazımov deyib.

O bildirib ki, konfiqurasiyasından asılı olaraq, müxtəlif modellər 35 manatadək satılır: 
"Dekoderləri distributorlardan aldığımız qiymətə satırıq. Bildiyiniz kimi, poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı yardımçı bir tədbirdir.

Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınmasıdır. Eyni zamanda əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Modellərin qiymət fərqinə gəlincə isə, bu dekoderlərin fərqliliyindən irəli gəlir”.

İlk günlər məsələ ilə bağlı yaranan ajiotaja münasibət bildirən S.Kazımov bildirib ki, bu, əhalinin qurğulara olan tələbatından irəli gəlirdi. "Tələbat çox idi və bir-iki gündə bunu qarşılamaq mümkün deyildi.

Təbii ki, görülən tədbirlər nəticəsində ilk günlərdəki ajiotaj yoxdur. Əhalinin tələbatına uyğun olaraq, bu yadımçı fəaliyyət davam etdirilir”, - deyə S.Kazımov əlavə edib.

Onun sözlərinə görə, artıq Qobustan, Salyan və Xızı rayonlarına da dekoderlər göndərilib:

"Noyabrın 20-dən sonra bütün rayonlara dekoderlər göndərməyi planlaşdırırıq. Dekoderlərin satışının poçtlarda təşkil olunmasının bir üstünlüyü də odur ki, "Azərpoçt”un Azərbaycan üzrə 1500-dən çox şöbəsi var. 

Bu şəbəkə imkan verir ki, qurğuların satışı vətəndaşlar üçün daha əlçatan olsun. Bakı üzrə 300-dən çox poçt şöbəsi fəaliyyət göstərir ki, onların hamısında satış həyata keçirə bilirik. Yalnız o poçtlarda satış həyata keçirilmir ki, həmin şöbənin kommersiya fəaliyyətinə icazəsi yoxdur”.

"Azərpoçt” rəsmisi onu da vurğulayıb ki, bir adama iki ədəddən artıq dekoder satılmasına qadağa qoyulub: "Bəzi şəxslər situasiyadan sui-istifadə edərək daha çox dekoder əldə edib, əhaliyə baha qiymətə sata billərlər. 

Ona görə də hər bir alıcıya maksimun 2 ədəd dekoder satılır. Bizə müraciət edən istənilən şəxsə xidmət göstərilir, amma bu limiti tətbiq etmək məcburiyyətindəyik. Bununla qeyd etdiyim halların qarşısını nisbətən almağa çalışırıq”.

S.Kazımov onu da bildirib ki, əhalinin bu qurğulardan istifadəsini asanlaşdırmaq məqsədi ilə dekoderlərin təlimatı Azərbaycan dilinə tərcümə olunur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol