• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxı TƏHLÜKƏ ASTANASINDA: Sürüşmə sahəsi 20 hektar genişləndi

Şamaxı TƏHLÜKƏ ASTANASINDA: Sürüşmə sahəsi 20 hektar genişləndi
08.11.2016 13:21
Son bir ayda intensiv olaraq yağan yağışlardan sonra Şamaxının Mədrəsə qəsəbəsində torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib və ciddi fəsadlara səbəb olub.

ANN.Az APA-ya istinadən bildirir ki, son vaxtlar qəsəbədə sürüşmə sahəsi daha 20 hektar genişlənərək 40 hektara çatıb. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus daha 4 fərdi evin divarlarında iri çatlar əmələ gəldiyindən yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Hazırda Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Qəsəbə sakini Vahid Qasımovun evi tamamilə yararsız hala düşdüyü üçün ailənin 6 üzvü müvəqqəti olaraq kirayə evdə qalır.

Şamaxı Rayon İcra Hakimiyyətinin Mədrəsə kəndi üzrə icra nümayəndəsi Fuad Abdulrazaqov APA-ya bildirib ki, kəndin şimal-şərq hissəsində hazırda 20-dən çox ev qəzalı vəziyyətdədir. Mənzillərin divarlarında iri çatlar əmələ gəlib. Evlər hər an sürüşməyə məruz qalaraq dağıla bilər. Kənd sakinlərinə məxsus tərəvəz və bostan əkini yerlərində, meyvə bağlarında çoxsaylı batmalar baş verib, sürüşmə hər gün davam edir".
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri Mədrəsə qəsəbəsindəki sürüşmə zonasına baxış keçirib, sakinlərlə görüşüblər. ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası Şamaxı rayonunun Dədəgünəş, Mədrəsə, Qızmeydan və Muğanlı kəndindəki sürüşmə sahələrində monitorinqlər aparıblar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol