• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda köhnə təkərləri iyrənc üsulla yeniləyib satırlar - DİQQƏTLİ OLUN

Bakıda köhnə təkərləri iyrənc üsulla yeniləyib satırlar - DİQQƏTLİ OLUN
08.11.2016 13:36
Bakıdakı təkər alverçilərinin bəziləri inanılmaz əməllərlə sürücülərin həyatını təhlükəyə atırlar.
 
Bu barədə Avtosfer.az-a daxil olan məlumata görə, Babək prospektində «maşın bazarı»nda daha çox rast gəlinən bu hal normal təkər satışı ilə məşğul olanların da narazılığan səbəb olub. Bir neçə təkər alıcısı Avtosfer.az-a bildirib ki, bazarda fəhləliklə məşğul olan bəzi işbazlar zibilliyə atılmış təkərləri yeni təkər adıyla ucuz qiymətə satırlar.
 
Müştərilər də ucuz olduğu üçün həmin təkərləri almağa üstünlük verirlər. Amma həmin təkərlərin nə qədər təhlükəli oldğunu bilmədikləri üçün «irəli düşdüklərini» zənn edən həmin avtomobil sahiblərinin həyatı hər an təhlükədədir. Belə ki, fəhlələr zibilxanaya atılan təkərləri yığaraq xüsusi aparat vasitəsilə həmin təkərlərin üzərindəki naxışları dərindən açırlarlar və beləliklə də, təkərin naxışları daha dərin olduğu üçün müştərilər buna aldanır.
 
Dərin naxışlar, müxtəlif dərmanların təsiri ilə qaraldılmış və yağlanmış təkərlər müştəriləri daha çox cəlb edir və digər işlənmiş təkərlərdən daha ucuz satıldığı üçün daha çox alıcısı olur. Lakin diqqətə çatdırırıq ki, bu cür təkərlər olduqca təhlükəlidir. «Maşın bazarında» normal və keyfiyyətli təkər satışı ilə məşğul olanlar Avtosfer.az-a bildiriblər ki, həmin təkərləri hətta adi diş çöpü ilə də deşmək mümkündür. Çünki yeni naxışlar açılanda təkərin qalınlığı tam olaraq sıradan çıxır və nazik qat qalır. Bu isə avtomobilin hər an qəzaya düşməsinə səbəb ola bilər. 

İşbazların etdiyi əməllər keyfiyyətli təkər satışı ilə məşğul olanların işinə mənfi təsir edib və bazarda narazılıq yaranıb.

Qeyd edək ki, belə vəziyyətin təkcə həmin bazarda deyil, təkər satılan digər yerlərdə də yaşandığı bildirilir. Kütləvi olmasa da, ucuz təkər axtaran müştəriləri qaçırmaq istəməyən təkər alverçiləri bu cür təhlükəli əməllərlə sürücülərin həyatını riskə atırlar.

Sürücülərə tövsiyyə edirik ki, avtomobilə təkər alarkən son dərəcə ehtiyyatlı olsunlar, aldıqları təkəri diqqətlə incələyib sonra alsınlar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol