• $
  • €
  • ₽
  • ₺
  • £

Hər gün bir yumurta yesəniz... İNANILMAZ FAYDASI

Hər gün bir yumurta yesəniz... İNANILMAZ FAYDASI
08.11.2016 21:00
Yumurta antioksidantla zəngin və yüksək təzyiqə qarşı təsirli olan qidadır. ABŞ elmi institutlarından birinin apardığı araşdırma sübut edib ki, hər gün bir ədəd yumurta yemək iflic riskini 12 faiz azaldır. Aile.lent.az hər baxımdan zəngin qida olan yumurta haqqında çoxlarının bilmədiyi faktları təqdim edir.
 
İlk növbədə onu bildirəm ki, qidalanma ədəbiyyatında bəhs edilən "keyfiyyətli zülal” elementlərindən biri də yumurtadır. Xolesterol tərkibinin isə ürək xəstəliklərinə səbəb olmaması elmi təcrübələrlə sübut olunub.
 
Çox təəssüf ki, mətbəxdə ən çox istifadə edilən ərzaqlardan biri olan yumurta düzgün üsullarla bişirilmədiyi üçün qida dəyəri aşağı düşür. Mütəxəssislər bildirir ki, yumurta kolinlə zəngindir. Kolin isə beyin sağlamlığı üçün imtina edilməz maddədir. Sarı qismindəki yüksək A vitamini sayəsində görmə funksiyalarını və immuniteti gücləndirir, hüceyrələri yeniləyir və xərçəngin qarşısını almaq baxımından yüksək təsirə malikdir. Yumurtada olan zəngin B vitamini isə saç, dırnaq, beyin və dəri üçün əvəzedilməzdir.
 
Lakin bir çox qidada olduğu kimi "bişirmə texnikası” yumurtadan da nə qədər yararlana biləcəyimizə təsir edir. Yumurta ümumi olaraq 10 dəqiqə ocaqda qalmalı və qaynamağa başladıqdan sonra ocağın altı söndürülməlidir. Beləcə, tam bişmiş yumurta əldə edilir. Bu, qida dəyəri ən yüksək yumurtadır.
 
"Ərik” konsistensiyalı deyilən yarı bişmiş yumurtada olan avid adlı zülal biotin adlı vitaminə mane olur. Yumurta tam bişdikdə isə bu arzuolunmaz kimyəvi birləşmənin qarşısı alınır və hər ikisindən yaralanmaq olur. Yəni ən sağlam yumurta tam bişmiş yumurtadır.
 
Mütəxəssislər dəmir çatışmazlığı anemiyasında gündə bir ədəd yumurta yeməyi məsləhət görürlər. Lakin 10 dəqiqədən çox bişdikdə yumurta sarısı ətrafında dəmir sulfid halqası kimi tanınan yaşıl-boz halqa meydana gəlir. Bu da dəmirdən yararlanmağa mane olur. Halbuki yumurta dəmir mineralı üçün çox yaxşı bir qaynaqdır. Dəmir çatışmazlığı anemiyası nəticəsində maddələr mübadiləsi yavaşlayır, halsızlıq, yorğunluq, fokuslanma problemləri, yaddaş zəifliyi, səhər yataqdan çətin qalxma, dərs-iş müvəffəqiyyətinin aşağı düşməsi, saç tökülməsi kimi mənfi əlamətlər ortaya çıxır. Yumurta bunun qarşısını almağa kömək edir.
 
Sonda bir daha vurğulayaq: Hər gün ən az 1 ədəd yumurta yeyin və cəmi 10 dəqiqə bişirin. 10 dəqiqədə yumurtanın daxili hissəsinin yarı bişmiş olduğunu görürsünüzsə, növbəti dəfə ən çox 1-1.5 dəqiqə artıq bişirin. Lakin boz halqanın yaranmamasına diqqət edin. Yumurta dəmir və zülal qaynağı olduğu üçün adamı tox tutur. Uşaqlarınız üçün də yumurta gündəlik əvəzolunmaz qidadır. //Aile.lent.az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol