• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol polisləri sürücünü döydü

Bakıda yol polisləri sürücünü döydü
10.11.2016 13:23
Bakıda sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən döyülüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, "Südçülük sovxoz"u adlandırılan ərazidə baş verib.

Belə ki, Bakı-Masallı istiqamətində hərəkət edən 99 DC 866 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobus yol polisinin "Saxla" əmrinə tabe olaraq hərəkətini dayandırıb. Mikroavtobusun sürücüsü 1985-ci il təvəllüdlü Mirzəyev Elşən Şirinbəy oğlunun dediyinə görə, o, sənədləri yol polisinə təqdim edib. Məlum olub ki, mikroavtobusun sürücüsü üç ay əvvəl 200 manat məbləğində cərimə edilib. Buna görə maşının üzərinə həbs qoyulub. Polis əməkdaşları mikroavtobusu "Cərimə meydançası"na aparmaq istəyib. Buna etiraz edən sürücü E.Mirzəyev ilə Xəzər Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus 99 YP 240 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) xidməti avtomobilində əyləşən polis əməkdaşları arasında mübahisə yaranıb, sonra isə dava düşüb. Nəticədə sürücü E.Mirzəyev döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. E.Mirzəyevə məxsus mikroavtobus isə "Cərimə meydançası"na aparılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol