• $
  • €
  • ₽
  • ₺
  • £

Çürük dişin sağlamlığa ZƏRƏRLƏRİ

Çürük dişin sağlamlığa ZƏRƏRLƏRİ
10.11.2016 18:56
Ağızda çürük dişlərin olması tək kosmetik defekt deyil.

Çürük dişlərdə patoloji mikroblar (stafilokokklar, streptokokklar) sürətlə çoxalır və sonra qan axını ilə bütün orqanizm boyu  yayılır ki, bunun nəticəsində insanda çox ciddi pozulmalar inkişaf edə bilər.

Araşdırmalar göstərir ki, çürük dişlər mədə-bağırsaq sistemində ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Çürük dişlər limfa düyünlərinin iltihabına (limfadenit) gətirib çıxarda bilər.

Çürük diş xroniki iltihab ocağıdır. Belə xroniki iltihab ocaqları immun sistemini zəiflədir. Çürük dişlərdə olan mikroblar yaxında yerləşən badamcıqlara düşə bilər ki, bunun nəticəsində insanda tonzillit (angina) inkişaf edir. Bu səbəbdən xroniki tonzillitdən əziyyət çəkənlər dişlərin sağlamlığına ciddi fikir verməlidir.

Çürük dişlərdən mikroblar müxtəlif orqanlara, o cümlədən ürəyə düşə bilər. Bu isə endokarditin (ürəyin daxili qişasının iltihabı) inkişafına səbəb ola bilər. Bu çox təhlükəli xəstəlikdir. Endokardit xəstənin həlak olmasına səbəb ola bilər. Yeni araşdırmalar göstərib ki, çürük dişlər baş və boyun şişlərinin riskini artırır.

Alimlərin fikirinə görə, çürük dişlər sümük və oynaqların sağlamlığına ciddi ziyan vurur, oynaqlarda iltihabların inkişafına gətirib çıxardır. Yaxınlarda Amerika alimləri çox maraqlı araşdırma aparıblar. Onlar ağızda çürük dişlərin olması ilə saçların tökülməsininin əlaqəsini araşdırıblar. Məlum olub ki, ağızda çürük dişlərin olması saç tökülməsinə səbəb ola bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol