Selcanın qəhrəmanı ol!

Kəskin leykozdan (qan xərçəngindən) əziyyət çəkən 4 yaşlı Selcan Muradzadəyə maddi və mənəvi dəstək məqsədilə 12 və 13 noyabr tarixlərində 28 Mall AVM-də xeyriyyə yarmarkası keçiriləcək.
Həyatı hələ doya-doya yaşamayan, yaşıdları ilə birlikdə uşaqlıq sevincini layiqincə duymayan körpə balamız sağalma ümidini xeyirxah insanların dəstəyində görür. Hal-hazırda Türkiyədə müalicə olunan körpə qızcığazın əməliyyat xərcləri yüksək vəsait tələb edir. Bu vəsait toplanacağı təqdirdə körpənin tam sağalma şansı var.
Bunun üçün də yarmarkada satılacaq suvenir, rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaq və kitab satışından əldə olunan gəlirin uşağın müalicəsinə sərf edilməsi nəzərdə tutulub.
Odur ki, hər biriniz həftəsonu yarmarkada iştirak etməklə balaca Selcanın qəhrəmanı ola bilərsiniz.
Selcanın mualicəsi və yardım üçün ödəmə üsulları barədə ətraflı məlumatı FB və İnstaqramdan (linklər) əldə etmək olar.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























