Maaş ala bilməyən müəllimlərə nazirlikdən ŞAD XƏBƏR

Bakının bir sıra rayonlarında müəllimlərin maaşı gecikdirilir.
ANN.Az xəbər verir ki, bu barədə məlumatı "Qafqazinfo”ya paytaxtda fəaliyyət göstərən bir neçə təhsil müəssisəsində işləyən müəllimlər deyib. Onlar hələ də ötən ayın maaşını ala bilmədiklərini söyləyiblər.
Məsələ ilə bağlı "Qafqazinfo” Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlikdən cavab olaraq bildirilib ki, növbəti iki gün ərzində bu problem öz həllini tapacaq:
"2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb. Növbəti iki gün ərzində digər müəllimlərin əməkhaqqı da onların bank hesablarına köçürüləcək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























