• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni ildə əfv ola bilər - Açıqlama

Yeni ildə əfv ola bilər - Açıqlama
11.11.2016 21:06
Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il ərəfəsində əfv ola bilər. 

Bunu AzVision.az-a açıqlamasında Əfv Komissiyanın üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. 

O qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən bir neçə dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əfv sərəncamları imzalanıb və çoxlu sayda məhkum azadlığa qovuşub və ya cəzaları azaldılıb.

"Bu təcrübənin bu il də davam edəcəyini istisna etmirəm. Əfv məsələləri Komissiyasının katibliyi və hüquq mühafizə orqanları ilə iş sektoru fasiləsiz rejimdə işləyir, daxil olan əfv müraciətlərinin emalını həyata keçirir, müvafiq arayışlar hazırlayır və komissiyanın sədrinə təqdim edir. Əfv Komissiyasının üzvü kimi bizə daxil olan müraciətləri Komissiyanın katibliyinə göndəririk.

Hal-hazırda ilin sonunda əfv sərəncamının olub-olmayacağını söyləmək çətindir. Çünki bu, prezidentin səlahiyyətində olan məsələdir. Amma son illərin təcrübəsi bunu göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 61 dəfə əfv sərəncamı imzalanıb. Nəticədə 9 minə yaxın şəxs müxtəlif cəzadan azad olunub”.

Ə.Nuriyevin sözlərinə görə, hazırda əfvlə bağlı komissiyaya müraciətlər daxil olur: "Əfv Məsələləri Komissiyasına müraciətlərin sayı 100-ü keçib”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol