• $
  • €
  • ₽
  • ₺
  • £

İş axtaranların NƏZƏRİNƏ: Bu cümlələrdən qaçın

İş axtaranların NƏZƏRİNƏ: Bu cümlələrdən qaçın
12.11.2016 16:31
Məşhur "Buzzfeed" portalı iş görüşməsi zamanı qətiyyən işlədilməyəcək cümlələrdən ibarət yazı hazırlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadla həmin yazını təqdim edir:

1. Üzr istəyirəm, tıxac var idi

İş görüşməsi zamanı belə cümlə işlətmək, demək olar ki, "yox" cavabı almağa bərabərdir. Çünki sizi işə götürən şəxs ilk görüşə gecikdiyinizə görə hər gün gecikəcəyinizi düşünəcək.

2. Elə bildim ki, sizdə bunun başqa nüsxəsi var

Bəzi işə götürən şəxslər sizdən tərcümeyi-hal, ya da cv tələb edə bilər. Buna görə də özünüzlə 2 ədəd cv və ya tərcümeyi-hal aparmağınız məsləhətlidir.

3. Qələminiz var?

Görüşə getməzdən əvvəl çantanıza 2 ədəd qələm qoymağınız tövsiyə olunur.

4. Gözləyin, telefonumu söndürüm

İş görüşməsi zamanı işlədiləcək ən uğursuz cümlələrdən biri də, "gözləyin telefonumu söndürüm" ifadəsidir. İş adamlarının 1-2 dəqiqə ərzində qərarlar verdiyini nəzərə alsaq, sizin bu ifadəniz onun fikrindən daşınmasına səbəb ola bilər.

5. Əslində, o qədər də əmin deyiləm

Unutmayın ki, rəhbərlər özündən əmin olmayan biri ilə işləmək istəməz.

6. Siz işə necə qəbul olmusunuz?

İşə götürən şəxslər özəl suallara cavab verməkdən qaçarlar

7. Axırıncı işlədiyim şirkətin müdiri çox da yaxşı insan deyildi

Bu ifadə ən uğursuz ifadə hesab olunur. Çünki həmin şəxs sizin qeybətcil olduğunuzu və gələcəkdə onun da haqqında belə danışacağınızı düşünür.

8. Neçə gün məzuniyyət olacaq?

Bu tip sulları işə qəbul olunduqdan sonra vermək daha məqsədəuyğundur.

9. Evlənmişəm, işə ehtiyacım var

İşə götürən şəxslər, ümumiyyətlə, şəxsi həyatınızla bağlı deyil, iş həyatınız haqqında danışmağınızı istəyirlər. Onlar üçün ilk sırada işə girmək istədiyiniz şirkət və mövqeyiniz üçün nə qədər istəkli olduğunuzu görmək gəlir. Buna görə fərdi problemlərinizi kənara qoyun və işi nə qədər istədiyinizi izah edin.

10. "Hər şeyi soruşdum" cavabı

Görüşün sonunda "Soruşmaq istədiyiniz, maraqlandığınız bir şey var mı?" sualına "Hər şeyi soruşdum", - deyə cavab verməniz qarşınızdakı şəxs üçün yetərli olmaya bilər. Buna görə də iş görüşmələrinə ən az üç əvvəlcədən hazırlanmış sualla gedin.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol