• $
  • €
  • ₽
  • ₺
  • £

Bu 2 pis vərdiş kökəlməyə səbəb olur

Bu 2 pis vərdiş kökəlməyə səbəb olur
12.11.2016 19:47
Piylənmə artıq bütün dünyada ciddi problemə çevrilib. Piylənməyə cavan insanlarda və hətta uşaqlarda da tez-tez təsadüf edilir.

Piylənmə tək kosmetik qüsur deyil, bu çox ciddi pozulmadır. Piylənmə bir çox xəstəliklərin (ürək-damar sistemi xəstəlikləri, diabet, bəzi xərçəng növləri, sonsuzluq və s.) inkişafına səbəb olur.

Alimlərin fikirinə görə, müasir insanlar arasında yayılmış 2 pis vərdiş artıq çəkinin yığılmasının və piylənmənin əsas səbəbləridir. Bu pis vərdişlər səhər yeməyindən imtina etmək və gecənin yarısına qədər oyaq qalmaqdır.

Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insan nahar və şam yeməyi zamanı daha çox qida qəbul edir və bu da artıq çəkinin yığılmasına səbəb olur. Alimlər səhər yeməyini daha kalorlu və tamdəyərli etməyi tövsiyə edirlər. Bu o demək deyil ki, 1 buterbrod və 1 fincan çay və ya qəhvə ilə kifayətlənmək lazımdır.
 
Səhər yeməyi normal qida qəbulu olmalıdır. Səhər yeməyi zamanı  sıyıqlar, süd məhsulları, meyvə və ya tərəvəzlər, yumurta, bişmiş ət və ya toyuq kimi qidalara üstünlük vermək lazımdır. Bu halda qanda şəkərin səviyyəsi uzun müddət ərzində sabit qalacaq və insan nahar vaxtı daha az qida qəbul edəcək.

Gecə yarısına qədər oyaq qalan insanlar əksər hallarda vaxtını kompüter və ya televizor qarşısında keçirir. Bu zaman onlar adətən müxtəlif şirin, kalorlu qidaları (şirniyyat, çipsi, pop-korn və s.) qəbul edir. Bu qidalarda olan kalorilər, təbii ki, sərf olunmur və çəkinin artmasına səbəb olur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol