Yataq otağı ilə bağlı VACİB DETALLAR

Yataq otağı hər kəsin şəxsi güşəsidir. Lakin təəssüf ki, çox zaman yataq otaqlarımızın dizaynına biganə yanaşırıq və asan yollara əl atırıq. Halbuki bir neçə xırda detalla yataq otağını zənginləşdirmək mümkündür.
Yataq otaqlarını zövqlə döşəmək üçün vacib məqamları sadalayır.
Rahat xalça
Yataqdan qalxan kimi ayağınızı yumşaq xalçanın üstünə qoymaq istəyirsinizsə, seçiminizə qarşı diqqətli olun.
Mövzu
Yataq otağınızı bəzəmək istəyirsinizsə, bu, tamamilə sizin şəxsiyyətinizi əks etdirən mövzuda olmalıdır. Bir neçə kiçik aksessuarla otağınızı daha da şəxsi edə bilərsiniz.
Yastıq
Yataq otağı ən rahat yer olmalıdır. Rahatlığın bir hissəsi də yastıqlarla bağlıdı. Özünüzə rahat yastıqlar seçin.
Oturma guşəsi
Yataq otağınız genişdirsə, üstəlik kitab oxumağı sevirsinizsə, bunun üçün xüsusi bir oturma guşəsi yarada bilərsiniz.
Texnologiyadan uzaq
Nə telefon, nə kompüter! Özəl məkanınıza xarici dünyanı daxil etməyin.
Komod
Böyük bir komodda çox əşya saxlaya bilərsiniz.
Böyük bir yataq
Yataq otaqları yatmaq üçündür. Yatağınız nə qədər böyükdürsə, yuxunuz bir o qədər komfortlu olacaq. //Aile.lent.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























