• $
  • €
  • ₽
  • ₺
  • £

Zəvvarlar etiraz edir - VİDEO

Zəvvarlar etiraz edir - VİDEO
14.11.2016 15:13
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsinin giriş qapısında yaranan sıxlığa münasibət bildirib.

"Report"un xəbərinə görə, Komitənin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində nisbi sıxlıq müşahidə olunub: "Sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. 

Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.

Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq".

*** 

Zəvvarların "Ərbəin" ziyarətinə getməsi Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsində (SNBM) tıxacların yaranmasına səbəb olub. 
"Report"un məlumatına görə, axşam saatlarından buraxılış məntəqəsinə çatan zəvvarlar uzun növbə gözləməli olublar. Zəvvarlar bildiriblər ki, növbədə gözləyərkən məntəqənin giriş qapısında sıxlıq yaranıb. 

"Növbə yaranan ərazidə insaların təbii və fiziki ehtiyaclarını ödəməsi üçün heç bir infrastruktur yoxdur. Növbə zamanı isə qocalar, xəstələr, uşaqlar və qadınlar əziliblər", - zəvvarlardan biri əlavə edib.

Qeyd edək ki, Astara Gömrük İdarəsinin Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsi (SNBM) saat 9-dan 20-ə dək fəaliyyət göstərir. Zəvvarlar növbə tutmaq üçün buraxılış məntəqəsinin qarşısına axşam saatlarından yığılıblar.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol