• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın iki yüz məşhur yazıçısı uşaq hüquqları naminə bir araya gələcək

Dünyanın iki yüz məşhur yazıçısı uşaq hüquqları naminə bir araya gələcək
14.11.2016 15:32
Chimamanda Adichie, Paulo Coelho, Christina Lamb və Nuruddin Farah uşaqlar üçün arzuladıqları dünyanı işıqlandıran "Kiçik Hekayələr”i qələmə almaq üçün dünya yazıçıları ilə bir araya gələcəklər.

 200-dən artıq məşhur yazar, o cümlədən roman, pyes və şer yazarı Ümumdünya Uşaqlar Gününü və dünyanın ən yoxsul və ən çox məhrumiyyətlərə məruz qalan uşaqlarının bir çoxunun hələ də üzləşdiyi ədalətsizliyi işıqlandırmaq məqsədilə, bu həftə yeddi istiqamətin hər biri üzrə "kiçik hekayələr” qələmə alan dünya ədəbiyyat kampaniyasına qoşulublar. 

Bu kiçik hekayə silsilələri ilə hər bir uşağa kömək və ümid bəxş etmək üçün çalışan UNICEF-in 70-ci ildönümü mərasimi başlayacaq.

Bu qısa hekayələri dünyanın ən məşhur yazıçılarının bəziləri özlərinin sosial mediadakı auditoriyaları ilə paylaşacaqlar. Finlandiyanın Birinci Xanımı Jenni Haukio Asiya, Afrika, Cənubi Amerika, Avropa, Yaxın Şərq və Avstraliyadan kampaniyaya qoşulan yazıçılar tərəfindən genişləndirilən müvafiq konsepsiyanı təqdim edib.

"Biz yazıçılar olaraq, hekayə nəql etmənin sadəliyi vasitəsilə aktiv dəstək göstərməyə qadirik. Bu dəyərli və vacib kampaniya ilə biz bütün dünyadakı dəyərli uşaqların hüquqlarının müdafiəsi üçün lobbiçilik fəaliyyəti aparırıq” – tanınmış Nigeriya yazıçısı Chimamanda Adichie belə deyir.

Uşaq nağılından romanadək müxtəlif janrlarda yazan yazıçılar qrupuna dünyanın dərc olunan ən gənc yazarlarından biri - yeddi yaşlı Cənubi Afrikalı Michelle Nkamankeng də daxildir. 10-dan çox dildə yazılmış və fərqli üsluba malik hekayələrin hamısında bir çox uşağın hüquqlarına hələ də etinasız yanaşıldığından bəhs olunur.

Bu kampaniya uşaq hüquqları üçün təhlükələrin artdığı bir zamanda ortaya çıxıb. İndiyədək 50 milyondan artıq uşaq münaqişələr, yoxsulluq və iqlim dəyişmələri üzündən öz evlərindən didərgin düşüb və bundan da çox sayda uşaq öz icmalarında qorxunc zorakılıqla üzləşir. Təqribən 263 milyon uşaq məktəbə gedə bilmir. Keçən il isə beş yaşından kiçik təqribən altı milyon uşaq qarşısının alınması adətən mümkün olan xəstəliklərdən dünyasını dəyişib.

"Hələ də bir çox uşağın həyatına münaqişə təhlükəsi, qeyri-bərabərlik, yoxsulluq və ayrı-seçkiliyin ağır təsir göstərdiyini görmək insanı sarsıdır. Ümid edirəm ki, bu Kiçik Hekayələr dünyaya xatırlada biləcəklər ki, biz həyatı və gələcəyi təhlükədə olan bu uşaqların hamısı qarşısında öhdəliyimizi davam etdirməliyik” – UNICEF-in mətbuat katibi Paloma Escudero belə deyir.

Chimamanda Adichie öz "Kiçik Hekayə”sindən bu gün noyabrın 20-dək - BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümünədək davam edəcək həmin silsilələrə başlamaq üçün istifadə edib.

Kampaniyaya azərbaycanlı yazıçılar Elçin, Çingiz Abdullayev, Elçin Səfərli, Rəna Yüzbaşı, Günel Anarqızı da qoşulub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol