• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda mobil operatorlarla bağlı – YENİ TƏLƏBLƏR

Azərbaycanda mobil operatorlarla bağlı – YENİ TƏLƏBLƏR
15.11.2016 09:34
Azərbaycanda rabitə müəssisələri (operatorlar) ilə bağlı yeni tələblər irəli sürülür.
 
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 362-1 və 362-2 maddələrinin əlavə edilməsi təklif olunur.

362-1 maddəsində rabitə müəssisələri (operatorlar), həmçinin onların diller və distributorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələrin tətbiqi nəzərdə tutulur.

Həmin maddəyə əsasən, yuxarıda qeyd olunan tələbin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər iki min, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min, hüquqi şəxslər altı min manat cərimə edilir.

362-2-ci maddədə isə ərizəçiyə dair məlumatların vahid məlumat bazasına elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə cərimələr nəzərdə tutulur.

Bu tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər iki min, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min, hüquqi şəxslər altı min manat cərimə edilir.

Təklif edilən dəyişikliklərin Milli Məclisin növbəti plenar iclaslarında müzakirəyə çıxarılacağı gözlənilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol