Nazirlik: Müəllimlərin maaşı artacaq

Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin əmək haqqı gələn il yanvarın 1-dən artımla hesablanacaq.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında bildirib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra qiymətləndirmədən keçən bir müəllimin əmək haqqının nə qədər artacağını demək olmaz:
"Çünki əmək haqqı hesablanarkən bir sıra kriteriyalar - müəllimin stajı, dərs yükü, ali təhsilinin, fəxri adının olub-olmaması və s. nəzərə alınır. Ümumilikdə, müəllimlərin maaşı 40 faiz artacaq. Müəllimlərin maaşı Nazirlər Kabinetinin qərarına uyğun hesablanır".
Qeyd edək ki, ilk diaqnostik qiymətləndirmə 21-23 noyabr tarixlərində Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























