• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlardan təklif: Hakimlərin maaşı artırılsın

Deputatlardan təklif: Hakimlərin maaşı artırılsın
29.05.2020 04:39
"Bu yaxınlarda bir məhkəmə sədri ilə söhbət etdim. O mənə dedi ki, təkcə noyabr ayında məhkəməyə 17 min mülki xarakterli iş daxil olub. Biz əgər bunu günlər üzrə hesablasaq, bir hakimin üzərinə bir günə minimum 9 iş düşür”. 

Modern.az-ın xəbərinə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 


Deputat bildirib ki, belə olan halda hansısa keyfiyyətli işdən söhbət gedə bilməz: 


" Buna görə də, məhkəmələr gözdən düşür, ədalətsilziyə yol verilir. İşlərin çoxluğundan, zaman olmaması məsələsindən bu kimi problemlər ortaya çıxır. Ona görə də hakimlərin sayını artırmaq lazımdır. O cümlədən vəkillərin sayının da artırılması yaxşı olardı. Paralel olaraq hakimlərin əməkhaqqısının da artırılması məsələsi yerinə düşərdi. Belə olan halda hakim ləyaqətli həyatını aldığı maaş hesabına təmin edə bilər. Biz vaxtilə həyəcan təbili çalırdıq ki, hüquq-mühafizə orqanları iş adamlarına işinə fəal müdaxilə edir. Çox təəssüf ki indi də buna əməl etməyənlər oldu. Əməl olunmadığına görə də indi onun məhkəmələrdə ağır nəticələrini görürük”. 

Deputat Rafael Cəbrayılov da hakimlərin ştat vahidinin artırılması ilə bağlı həmkarının fikrini dəstəkləyib: " Məhkəmələrdə mülki işlərlə bağlı məsələlər ürəkaçan deyil. Ona görə də hakimlərin sayının artırılması yaxşı olardı”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol