Müəllimlər maaş almadıqlarını deyirlər - Bakı Təhsil İdarəsi isə əksini

Bakıdakı bəzi orta ümumtəhsil məktəblərində çalışan müəllimlər hələ də oktyabr ayının maaşını almayıblar. Maaş alan məktəblərin müəllimlərinə isə sentyabrda müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilməyib.
ANN.Az xəbər verir ki, bu haqda Modern.az-a Suraxanı rayonundakı orta məktəblərdə çalışan müəllimlər məlumat veriblər.
Məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, bütün müəllimlərin maaşı verilib:
"2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatdıqdan sonra bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb.
Eləcə də sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilib”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























