Səhiyyə Nazirliyindən antibiotiklərlə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda Ümumdünya Antibiotiklərdən səmərəli istifadə həftəsi keçirilir
14-20 noyabr tarixlərində bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Antibiotiklərdən səmərəli istifadə həftəsi keçirilir. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ümumdünya antibiotiklərdən səmərəli istifadə həftəsinın məqsədi antibiotiklərə qarşı rezistentlik kimi qlobal bir problemə dünya birliyinin diqqətini cəlb etmək və bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatları əhalinin geniş təbəqəsinin, səhiyyə işçilərinin və siyasi qərarlar verəcək şəxslərin nəzərinə çatdırmaqla bu prosesin yayılmasının qarşısını almaqdır.
2015-ci ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında antibiotik və digər dərman preparatlarına qarşı davamlı kəskinləşən dayanıqlılıq probleminin həlli üçün Qlobal Fəaliyyət Planı razılaşdırılıb. Bu planın əsas məqsədlərindən biri effektiv kommunikasiya, təhsil və tədris hesabına məlumatlandırmanın yaxşılaşdırılması və bu problemin daha dərindən dərk edilməsidir.
Kampaniyanın Şüarı – "Antibiotiklərdən ehtiyatla istifadə edin” – antibiotiklərin qiymətli bir mənbə olduğu üçün onların qorunmasının vacibliyini əks etdirir. Onlardan yalnız peşəkar həkim və baytarların təyinatı əsasında bakterial infeksiyaların müalicəsində istifadə etmək olar. Antibiotikləri "hər ehtimala qarşı” saxlamaq yaxud digərləri ilə bölüşmək olmaz.
Ümumdünya Səhiyyə Təşkilatı bütün üzv-ölkələri, səhiyyə sahəsindəki partnyorları, təhsil müəssisələrini və əhalini bu kampaniyada iştirak etməyə və antibiotiklərə qarşı dayanıqlılıq problemi haqqında məlumatlandırmanın yaxşılaşdırılmasına çağırır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























