Maaşsız qalan müəllimlərə BŞTİ-dən - CAVAB

Müəllimlərin maaşlarının gecikməsinin səbəbi bəlli oldu.
Milli.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən maaşların gecikməsinin səbəbini belə izah ediblər:
"Maaşlarda bu cür gecikmə hər tədris ilinin əvvəlində olan şeydir və normaldır. Çünki müəllim və məktəblər barədə məlumatların ümumi informasiya bazasına otuzdurulması adətən bir qədər vaxt alır. Məsələn, sentyabrda müəllim dərslərə 22 saatla başlayır, amma oktyabrda dərs bölgüsü və ya müəllimin ös rejiminə uyğunlaşdırıldıqdan sonra elə alınır ki, dərs saatı 24 və ya 20 saat olur. Ona görə də tarifikasiya dəyişir. Bu məlumatları da məktəb dəqiq və planlı şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edir. İdarə də məlumatları işləyəndən sonra onu əmək haqqına yönləndirir".
İdarə müəllimləri əmin edir ki, narahat olmağa dəyməz, onlar tezliklə maaşlarını alacaqlar:
"Hazırda vəziyyət belədir ki, həmin məlumatların emalı başa çatıb və bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin maaşı ödənilib, yəni bank hesablarına köçürülüb. Müəllimlərin çoxunun narahatlığı ona görədir ki, onlar yalnız bankomatda kartı yoxlaya bilirlər, amma bank hesabını görə bilmirlər. Ona görə də müəllimlər narahat olmasınlar, tezliklə maaşlar bank tərəfindən karta yatızdırılacaq və onlar pullarını alacaqlar. Bu da təxminən 40 min müəllimi əhatə edir".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























