• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin 9 aydır komada olan atası ilə bağlı YENİ AKSİYA

Jurnalistin 9 aydır komada olan atası ilə bağlı YENİ AKSİYA
16.11.2016 16:41
Doqquz aydır komada olan Qarabağ müharibəsi veteranı, yazıçı-publisist Əli Əliyevin müalicəsinə yardım məqsədilə növbəti aksiya keçiriləcək.

Bu barədə Modern.az-a Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadə məlumat verib. 

Qeyd edək ki,  ilk aksiya bu ilin sentyabr ayında olub. Həmin vaxt Əli Əliyevin "Əlli dörd gün erməni mühasirəsində” adlı kitabı təkrar nəşr edilib və Dənizkənarı Milli Parkdakı "Park Bulvar” ticarət mərkəzində satışı həyata keçirilib.

Növbəti aksiya da "Park Bulvar”da təşkil olunacaq və "Əlli dörd gün erməni mühasirəsində” kitabının əvvəlki aksiyadan qalmış nüsxələri satışa çıxarılacaq. Ancaq budəfəki aksiya əvvəlkindən fərqlənəcək. Yeni aksiyada fotoqraf Orxan Əzimin Çernobılda çəkdiyi fotoların sərgi və satışı da həyata keçiriləcək. Bu il Çernobıl qəzasının – Ukraynada yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş nüvə partlayışının 30 illiyidir. Orxan Əzim Əli müəllimin müalicəsinə kömək məqsədilə fotolarını satışa çıxarmaq təşəbbüsünü özü irəli sürüb və bunu "Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı ilə eyni vaxtda reallaşdırmaq barədə razılığa gəlinib.

Noyabrın 18-19-da "Park Bulvar” ticarət mərkəzində yazıçı-publisist Əli Əliyevin "Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı və fotoqraf Orxan Əzimin Çernobılda çəkdiyi fotolarının sərgi və satışı olacaq.

Aksiya noyabrın 18-i saat 15:00-dan start götürəcək. Həm kitabın satışı, həm də fotoların sərgi və satışı "Park Bulvar”ın ikinci mərtəbəsində təşkil ediləcək.

Aksiyadan toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf olunacaq.

Əli Əliyev bu il fevralın 14-də avtomobil qəzasına uğrayıb və həmin vaxtdan komadadır. Onu Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, "Koroğlu” metro stansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev fevralın 22-dək 1 saylı Şəhər Klinik Xəstəxanasının ("Semaşko”), sentyabrın 15-dək isə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Sentyabrın 15-də "Avrasiya Hospital”a aparılan 70 yaşlı Əli Əliyev burada beynindən əməliyyat olunub. Hazırda "Avrasiya Hospital”ın reanimasiya şöbəsində Əli Əliyevin müalicəsi davam etdirilir.

Keçirilən yardım kampaniyalarında məqsəd Əli Əliyevin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsinə maddi dəstək verməkdir.

Hər kəs aksiyada iştiraka dəvət olunur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol