• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq nazir: Aylıq 300 min manat xərcləyirdim

Sabiq nazir: Aylıq 300 min manat xərcləyirdim
16.11.2016 17:27
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadə verib.

APA-nın əldə etdiyi məlumata görə, iş üzrə şahid qismində dindirilən Əli Abbasov deyib ki, nazirliyin ayrı-ayrı subyektlərindən, eləcə də strukturuna daxil olmayıb tabeliyində olan təşkilatlardan özünün ümumi məlumatı əsasında aylıq olaraq vəsaitlər toplanılıb.

Həmin vəsaitlər Vidadi Zeynalovun həmin struktur qurumların rəhbərləri ilə öz aralarında müəyyənləşdirdikləri və razılaşdırdıqları qaydada paylanılıb və digər xərclərə yönəldilib.

Bununla bağlı mütəmadi olaraq Vidadi Zeynalovun ümumi hesabatını qəbul edib. Bəzi hallarda həmin struktur qurumların rəhbərləri özləri ona şəxsən məlumat veriblər. Vidadi Zeynalova hansı qurumdan nə qədər vəsait alması barədə göstəriş verməyib, yalnız nazirliyin ümumi xərclərinin tənzimlənməsini tapşırıb.

Sonuncu hesabatlarında toplanmış vəsaitlərin ümumi miqdarı və kimlərə paylandığını bildirsə də, konkret olaraq kimə hansı miqdarda vəsait verilməsini bilməyib. Sabiq nazir özünün şəxsi xərclərinə aylıq olaraq 200000-300000 manat vəsait xərclədiyini bildirib.

Bundan əlavə nazir müavinlərinə əvvəllər 30000 manat, son iki ildə isə 50000 manat pul verilib. Bundan başqa, nazirliyin digər əməkdaşlarına da maddi ehtiyaclarını ödəmək üçün pullar verilib. Bayram şənliklərinin və digər mədəni-kütləvi tədbirlərin keçirilməsinə də vəsait xərclənib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol