• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ana 5 uşaq dünyaya gətirdi - körpələr hamısı öldü

Azərbaycanda ana 5 uşaq dünyaya gətirdi - körpələr hamısı öldü
17.11.2016 13:20
Bu gün Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib. 

Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Onun sözlərinə görə, bu ananın 2-ci hamiləliyi olub.
 
Şöbə müdiri qeyd edib ki, birinci hamiləlikdə uşaqlar əkiz olub, onlar inkişafdan qaldıqları üçün vaxtından əvvəl abort olunublar: "Ana 2-ci hamiləliyə dərmanlar vasitəsisə qalıb. Hamiləliyin 20-ci həftəsinə qədər ana 3 saylı şəhər xəstəxanasında həkim Həmzəyev Mehmanın xəstəsi olub. Hamiləlik boyunca ana hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti pisləşəndən sonra Aysel Əzimzadə noyabrın 11-də kəskin qanaxma ilə Mərkəzə daxil olub. Vəziyyəti kəskin ağır olan ananın qaraciyər və böyrək funksiyalarının stabilləşdirilməsi məqsədilə hospitallaşdırılıb və lazımi yardım göstərilib.
 
Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsinin müxtəlif xəstəlilər üzrə baş mütəxəssisləri Mərkəzə dəvət edilərək konsilium təşkil edilib, ananın vəziyyətinin stabilləşməsinə istiqamətində iş görülüb. Bu gün səhər saat 7-də doğuş spontan-özbaşına fəaliyyətə başlayıb. Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Lakin aparılan bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölü doğulub.
 
Son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar, ananın böyrəyini və qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib. Bundan sonra ananın sağlamlığının bərpa olunması istiqamətində bütün lazımi tədbirlər görüləcək”.
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol