• $
  • €
  • ₽
  • ₺
  • £

Evdəki mənfi enerjidən bu yolla qurtulun

Evdəki mənfi enerjidən bu yolla qurtulun
17.11.2016 21:15
Ev insanın özünü ən rahat və etibarlı hiss etdiyi məkandır.
 
Bu rahatlığın hər zaman olması üçün evi daim qorumaq lazımdır. Xüsusi bir vəsait olmadan və ya çox pul xərcləmədən bunun öhdəsindən gələ bilərsiniz. Evinizdəki mənfi enerjidən xilas ola bilmək üçün elementar məqamlara diqqət etmək kifayətdir. Bunun üçün Aile.lent.az təqdim etdiyi videoya baxın.
 
Evinizi aynalarla bəzəyin. Ayna boşluqları doldurmaq üçün bir yoldur. Çünki işığı ətrafa yayır və qaranlıq bölgələrin daha işıqlı olmasını təmin edir.
 
Qırılmış əşyaları yapışdırın. Qırılmış əşya əhval-ruhiyyəni aşağı salır. Bəzən bir əşya o qədər dəyərli olur ki, onun qırılmağı insanı kədərləndirir. Yapışdırmaq, təmir etmək o əşyanı əvvəlki vəziyyətinə qaytarmır. Lakin əvəzində həmin əşyaya yenidən sahib olarsınız.
 
Duz tökün. Bu, heç də batil inanc deyil. Duz təmizləyici kimi də istifadə edilir. Üstəlik mənfi enerjini özünə çəkir.
 
Müxtəlif otlar yandırın. Məsələn, adaçayı mənfi enerjidən xilas olmaq üçün istifadə olunur. Bəzi otları yandıraraq tüstüsünü evə yayın. Özünüz də evinizdə gözəl enerji yarandığını hiss edəcəksiniz.
 
Evi gözəl iyilərlə ətirləndirin. Qoxu olduqca əhəmiyyətlidir və insanın özünü yaxşı hiss etməsinə imkan verir. Qoxulu şamlar alaraq evinizə fərqli ab-hava yaradın.
 
Əşyalarınızı dəyişin. Bəzən dəyişiklik evə yeni ab-hava qatır. Mebellərinizi yeniləmək və  dekorasiyada dəyişiklik etmək zamanıdır.
 
Zəng çalın. Zəng səsi boşluqları doldurur və mənfi enerjini təmizləyir.
 
Girişi təmiz saxlayın. Evimizdəki enerji gəlib gedə bilər. Tez-tez girib-çıxdığınız qapıların ağzına su, limon suyu, duz, sirkə səpməklə təmiz və təravətli saxlaya bilərsiniz.
 
Dekorasiyanızda şüşələrdən istifadə edin. Şüşələr evdə və otaqlarda olan enerjini saxlayır. Günəşdə parlayan şüşələr isə evinizə çox gözəl bir enerji verər.
 
Qarışıqlıq və səliqəsizliyi aradan qaldırın. Axtardığınızı tapmadıqda narahat olursunuz. Çünki səliqəsizdir. Ətrafı yığışdırmaq həm də stressinizi azaldacaq.
 
Pəncərələri açın. Pərdələri və pəncərələri açmaq işığın və təmiz havanın evə girməsini təmin edir. Bu, həm də sizə yeni bir enerji verəcək.
 
Musiqi dinləyin. Musiqi əhvalı yüksəltməyin ən yaxşı yoludur. Musiqi dinləyin və gözəl əhval-ruhiyyənin otaqlara yayılmasına icazə verin.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol