Ali Məhkəmə İlqar Məmmədovu azadlığa buraxmadı

Bu gün "REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Kassasiya şikayətində adı çəkilən şəxslər barəsində olan hökmün ləğv edilməsi və İ.Məmmədovun azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.
T. Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























