• $
  • €
  • ₽
  • ₺
  • £

Polislərin maaşlarının artırılmasına ekspertlərdən münasibət

Polislərin maaşlarının artırılmasına ekspertlərdən münasibət
18.11.2016 22:05
Azərbaycanda polislərin və hakimlərin maaşlarının artırılması məsələsi gündəmə gəlib.

ANN.Az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə millət vəkilləri təkliflərini Milli Məclisdə dilə gətiriblər.

Əsaslandırma isə ondan ibarətdir ki, polisin və hakimin maaşının artırılması bu təbəqədən olan insanların ləyaqətli həyat səviyyəsini təmin etməyə xidmət edəcək.

Maraqlıdır ki, indiki halda polis və hakimlərin maaşının artırılması mümkün ola bilərmi?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mövzu ilə bağlı bildirib ki, Azərbaycanda idarəetmənin mahiyyəti ondan ibarətdir ki, hakimiyyət vətəndaşların yox, ona bu və ya başqa şəkildə dəstək verən qrupların əmək haqlarının artırılması, onların sosial təminatı ilə bağlı proqramlar həyata keçirir: "Ölkədə iki dəfə devalvasiya baş verib. Faktiki olaraq insanların həyat şəraiti 3-4 dəfə pisləşib. 

Artıq iqtisadi böhran istehlak böhranına gətirib çıxarıb. Bundan əvvəl manat ekvivalentində 200 dollar maaş alan şəxs bu gün 100 dollar maaş alır. İstehlak bazarında qiymətlər qeyri-rəsmi olaraq qalxıb. Bu vəziyyətdə hökumət mütləq indeksasiya siyasəti həyata keçirməlidir. Minimum əməkhaqqının miqdarını artırmalıdır. 

Bu da ölkədə bütün vətəndaşların - həkimlərin, müəllimlərin, polislərin, hakimlərin, millət vəkillərinin, hamının əmək haqlarının artırılmasına gətirib çıxaracaq. Yoxsa durub təkcə polisin, hakimin maaşı artırılsa, bəs əlil, təqaüdçü, müəllim necə olacaq? Hakimiyyətə dayaq olan qüvvələrin əməkhaqqısının artırılması sosial bir proqram deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, rəsmi inflyasiyaya qədər maaşların indeksasiya edilməsi gözlənilir: "Büdcədən maliyyələşən qurumların işçilərinin maaşlarının baza hissəsində 11-12% civarında artım olacaq. 

Ancaq maaşlarda kəskin artım olacağını gözləmirəm. 2017-ci il üçün açıqlanan büdcə parametrlərində bunu görmək mümkündür. Yaxın gələcəkdə bununla bağlı addım atılması üçün büdcədə vəsait nəzərdə tutulmayıb. 

Artırmaq üçü əlavə xərc maddələri nəzərdə tutulmalıdır. Büdcə ilə bağlı problemlərin olduğu, gəlirlərin azaldığı bir şəraitdə maaşların kəskin artırılması ehtimalı çox aşağıdır. Düşünmürəm ki, bununla bağlı hər hansı ciddi qərar verilsin”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol