• $
  • €
  • ₽
  • ₺
  • £

İşbazların növbəti fırıldağı - Müəllimlər belə “tor”a salınır + Video

İşbazların növbəti fırıldağı - Müəllimlər belə “tor”a salınır + Video
20.11.2016 13:10
İşbazların bu dəfəki hədəfi müəllimlərdir. Onlara guya diaqnostik qiymətləndirmənin sualları satılır, nəticədə müəllimlər həm imtahandan kəsilirlər, həm də onların pulları mənimsənilir. Pulunu ödə, diaqnostik qiymətləndirmə imtahanına düşən sual testindən keç.

ANN.Az-ın "Xəzər xəbər”ə istinadən məlumatına görə, bir çox saytlar, müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına düşən sualları test formasında yerləşdiriblər. Burada bütün ibtidai, Ədəbiyyat, Kimya, Fizika, Coğrafiya, hətta Tarix və başqa fənlər üzrə test sualları var. Hətta A, B, C, D variantlarına qədər. Məsələ burasındadır ki, bəzi işbazlar bu aralar müəllimlərin həssas nöqtələrindən istifadə etməyə başlayıblar.

Onların imtahanda uğur qazanmaq üçün hər yola baş vuracaqlarını bildiklərindən, pul qazanmaq həvəsinə düşüblər. Saytda, sistemə daxil olmaq, yəni onlayn sınaqdan keçmək üçün hesabı artırmaq şərt kimi qoyulub. İstifadəçi bütün bölmələrdən yararlanmaq üçün bir aylıq 3 manat ödəməlidir.

Lətafət Abdullayeva, bir neçə dəfə onların tələsinə düşüb. Hər dəfə də balansından pul silinib.

Təhsil Nazirliyi isə belə fırıldaqlara alət olmamaq üçün xəbərdarlıq edir. Nazirlikdən verilən məlumata görə, tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından keçmələri vacib hesab olunur. Bu məqsədlə də nazirliyin rəsmi saytında həm forma, həm də məzmun etibarilə diaqnostik qiymətləndirmə imtahanına uyğunlaşdırılan testlər mövcuddur. Müəllimlər, heç bir ödəniş etmədən sadəcə qeydiyyatdan keçərək bu xidmətdən yararlana bilərlər. Müxtəlif saytlarda yerləşdirilən belə test suallarına nazirlik cavabdeh olmadığından, həqiqəti əks etdirməyə bilər.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol