Ay və Günəş tutulmalarının vaxtı açıqlandı

2017-ci ildə baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, gələn il 2 Ay və 2 Günəş tutulması olacaq. İlk Ay tutulması fevralın 11 də baş verəcək. Saat 02:34-də başlayacaq, Ay tutulması saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq.
Avqustun 7-də isə ikinci Ay tutulması gözlənilir. Proses saat 21:23-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.
Günəş tutulmaları fevralın 26-da və avqustun 21-də olacaq. Fevralın 26-da Günəş tutulması saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək.
Avqustun 21-də isə saat 19:47-də başlayacaq ikinci Günəş tutulması saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə başa çatacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























