Ümumdünya Uşaqlar Günü: uğur uşaq hüquqlarını qorumaqdan keçir

"Bu gün, Ümumdünya Uşaqlar Günündə Azərbaycan öz tarixinə yeni və möhtəşəm səhifələr yazmağa davam edir və bu tarixə bütün uşaqların cəlb edilməsi üçün bundan yaxşı məqam ola bilməz” – UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edward Carwardine belə deyib.
"Uşaqların potensialını inkişaf etdirmək və onlara öz ailələrinin, cəmiyyət və xalqlarının gələcəyinə davamlı şəkildə töhfə vermək imkanı yaradacaq bacarıq və imkanlar bəxş etmək öhdəliyi götürməklə hər bir uşağın hüquqlarının həyata keçirilməsi bütün ölkələrin dayanıqlı artım və inkişafı üçün olduqca vacib əhəmiyyət kəsb edir”.
BMT-nin Baş Assambleyası tərəfindən Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edildiyi vaxtdan etibarən 27 ildir ki 20 noyabr qeyd edilir. Azərbaycan UHK-ni 1992-ci ildə ratifikasiya edib. Dünyada ən çox ratifikasiya olunmuş insan haqları müqaviləsi olan UHK-da hər bir insan üçün sağlam, təhlükəsiz, gözəl uşaqlığa dair əsas, universal bir standart müəyyənləşdirilmişdir.
"Son illərdə milyonlarla Azərbaycanlı uşağın həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş baş verdiyinin şahidi olmuşuq. Yoxsulluq səviyyəsinin azalması, ölüm faizlərinin aşağı düşməsi, daha çox uşağın məktəbə gedə bilməsi, uşaq və anaların sağlamlığının yaxşılaşması – bunlar hamısı uşaqlara ciddi diqqət yetirilməsinə sübutdur” – cənab Carwardine deyib.
"Lakin biz hamımız keçmişdə əldə edilmiş uğurlardan hələlik tam şəkildə yararlanmamış uşaqlardan başlayaraq hər bir uşağa kömək etsək, Konvensiyanın hər bir uşaq üçün reallığa çevrilməsi üçün daha çox iş görə bilərdik” – o demişdir.
Ötən onilliklərdə dünyada uşaqlar naminə nəzərəçarpan irəliləyişin baş verməsinə baxmayaraq, hələ də dünyada hər il təqribən altı milyon uşaq qarşısı alına bilən səbəblərdən ölür – yoxsul ailələrdən olan uşaqlar arasında beş yaşına çatmadan ölüm ehtimalı isə maddi vəziyyəti daha yaxşı olan ailələrin uşaqlarınkından ikiqat yüksəkdir.
UNICEF gələn ay münaqişə, böhranlar, yoxsulluq, qeyri-bərabərlik və ayrı-seçkilik səbəblərindən həyatı və gələcəyi təhlükə altında olan uşaqlara onların həyatını xilas edən yardım, uzunmüddətli dəstək və ümid bəxş etmək naminə dünyada həyata keçirmiş olduğu fəaliyyətin 70 illiyini qeyd edəcək.
"Azərbaycanda biz ilk növbədə ən həssas vəziyyətdə olan uşaqlara kömək etsək, bilirik ki, həmin kömək yalnız məhrumiyyətlər içində olan uşaqlara təsir göstərməklə qalmayıb, həmçinin digər uşaqlara da fayda verəcəkdir” - cənab Carwardine deyib.
"Bugün bütün uşaqların hüquqlarını prioritetə çevirməklə biz gələcək nəslin çiyinlərinə həssaslıq və məhrumiyyət yüklənməsini azaldırıq və eyni zamanda, hər kəs üçün güclü, müvəffəqiyyətli və məhsuldar xalq formalaşdırırıq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























