• $
  • €
  • ₽
  • ₺
  • £

Təcili yardım maşınlarına yol verməyənlər qeydə alınacaq

Təcili yardım maşınlarına yol verməyənlər qeydə alınacaq
21.11.2016 15:20
"Bakıda gələcəkdə hər bir sanitar maşının ön şüşəsində kameraların quraşdırılması, bununla da həmin maşınlara yol verməyən vətəndaşların qeydə alınması və bu barədə məlumatların Dövlət Yol Polisinə ötürülməsi nəzərdə tutulur".

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bu gün keçirilən mətbuat konfransında deyib.

R.Nağıyev deyib ki, ötən illərə nisbətən nəqliyyat vasitələri tərəfindən dövlət sanitar nəqliyyat vasitələrinə yol verilmə ilə bağlı vəziyyət yaxşılaşıb:
 
"Amma bəzən yenə də belə hallar müşahidə edilir və sanitar maşınlarının səs siqnallarına məhəl qoyulmur. Fərdi şəxslər tərəfindən idarə olunan nəqliyyat vasitələri təcili yardım maşınının hərəkətinə maneə yaradırlar. Təcili yardım maşınlarına daim yol verilməlidir. Hamı bunu səmiyyətlə qəbul etsə, nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranmaz. Bu istiqamətdə daim maarıfləndirmə işləri aparılmalıdır”.

Yollarda baş verən tıxacların təcili tibbi yardım maşınlarının cağırış ünvanına çatmasına təsir göstərən ən əsas faktorlardan biri olduğunu deyən R.Nağıyev qeyd edib ki, bu gün təcili yardım xidməti Fövqəladə Hallar Nazirliyinin qurumları və yol polisi ilə sıx əlaqəli şəkildə işləyir:
 
"Polis inspeksiyaları ilə işin qurulması öz effektini verir və bu əməkdaşlıq daha da təkmilləşdiriləcək. Mütəmadi olaraq bu əlaqələrin yaradılması baş vermiş hadisələrin qarşısını almağa imkan verir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol