• $
  • €
  • ₽
  • ₺
  • £

Əhvalı yüksəldən qidalar

Əhvalı yüksəldən qidalar
21.11.2016 23:58
Payız mövsümü ilə əlaqədar çətin və depressiv günlər yaşayırsınızsa, qidalanmağınıza fikir verməklə bundan tez bir zamanda xilas ola bilərsiniz. 

ANN.Az ATV.az-a istinadən əhvalınızı yüksəldəcək qidaların siyahısını təqdim edir:

Yaşıl bitkilər

İspanaq, Brüssel kələmi kimi qidalar depressiya simptomlarının azalmasına səbəb olar. Çünki sözügedən bitkilərin tərkibində fol turşusu və B vitaminləri var. Bunlar isə birbaşa əhvalı yüksəldən qidalardır.

Balıq

Balıq beynin və ürək-damar sisteminin inkişafına yol açır. Bundan başqa, balığın tərkibində olan yağ əhvalın yüksəlməsinə təsir göstərir. Qızıl balıq bu baxımdan daha faydalıdır. 

Meyvələr 

Portağalda olan B6 vitamini bu meyvəni daha da dəyərli edir. Çünki araşdırmalarla portağalın əhvalı müsbətə köklədiyi sübut olunub.

Zəfəran

Əhvala müsbət təsir edən amillərdən biri də zəfərandır. Bu qiymətli ədviyyat yeməklərə qatılaraq da istifadə oluna bilər.

Şokolad

Şokolad zərərli hesab edilən narkotik maddədən alacağınız həzz qədər sizə yüksək əhval-ruhiyyə bəxş edə bilər. Əgər özünü yorğun hiss edirsinizsə, şokolad yeyərək bundan azad ola bilərsiniz. Digər maddələrlə yanaşı, şokoladın tərkibindəki kofein də əhvalınıza müsbət təsir göstərəcək.

Faydalı karbohidratlar

Mütəxəssislər günorta saat 15:00-17:00 arası 120 kaloridən çox olmayaraq 25-30 qrama qədər karbohidratli yeməklərdən istifadə etməyi məsləhət görürlər. Amma bu zaman diqqətli olmaq lazımdır. Çünki bu, şəkər xəstələrinə məsləhət görülmür.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol