• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-da "İlin tələbəsi" adı 100 manata satılır?

BDU-da "İlin tələbəsi" adı 100 manata satılır?
22.11.2016 13:23
Bakı Dövlət Universitetində (BDU) "İlin ən yaxşı tələbəsi” fəxri adı pulla satılır.

Bu haqda ANN.Az-a adının anonim saxlanılmasını istəyən şəxs universitetin Jurnalistika fakültəsində rüşvət alınması ilə bağlı şikayətində bildirilib.

Şikayətçinin sözlərinə görə, fakültədə ilin tələbəsi adına görə müraciət edib, amma pul verməyənlər siyahıdan çıxarılır: 

"Siyahıda kəsri olanlar, dərslərdə daimi iştirak etməyən uşaqların adı var. İlin tələbəsi adını tələbələrə 100 manata satırlar. Hətta, elə tələbə var ki, ondan 120 manat istəyirlər. Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hər fakültə üzrə olan nümayəndələri fəxri ada görə pul yığırlar. Pulu vermədikdə, ilin tələbəsi adını da vermirlər. Yığıdıqları pullar da ciblərinə gedir”, - deyə şikayətçi əlavə edib.

Əldə etdiyimiz məlumata görə, sözügedən hal yalnız Jurnalistika fakültəsində deyil, digər fakültələrdə də yaşanır. Bildirilir ki, "qiymətləri" fakültə üzrə THİK sədrləri özləri təyin edir.

Məsələ ilə bağlı BDU-nun mətbuat və informasiya şöbəsi ilə əlaqə saxladıq. 
 
 
Pərvanə İbrahimova - BDU-nun mətbuat katibi

Universitetin mətbuat katibi Pərvanə İbrahimova ANN.Az-a açıqlamasında məsələni təkzib edib:

"Bildirdiyiniz şikayəti rəhbərlik səviyyəsində araşdırmışıq. Ümumiyyətlə, universitetdə belə bir hadisə olmayıb”.

Məsələni diqqətimizdə saxlayacağıq.

Orxan Aslanlı


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol