• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: "Bu, yersiz hərəkət idi"

MTRŞ: "Bu, yersiz hərəkət idi"
22.11.2016 13:37
"Hər dəfə bildiririk ki, yayımçılar Azərbaycanın tamaşaçı auditoriyasının həssaslığını nəzərə almalıdır. 

Efirdə aparıcının unitazda formal olaraq oturması və ya tualet mövzusunda danışması qanunla qadağan deyil. Amma ümumilikdə milli mentalitet, azərbaycanlı tamaşaçısının həssaslığı baxımından bu, yersiz hərəkət idi. Yerli yayımçılar bunu nəzərə almalıdır".  

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, ola bilsin, yayımçı bununla diqqət çəkmək, eksperiment etmək istəyib: "Lakin bunun doğuracağı reaksiyanı nəzərə almayıb. Əlbəttə, milli efirin monotonluğu, yeknəsəqliyi, eksperimentlərdən uzaqlığı məqbul deyil, amma bununla bərabər, tamaşaçını qıcıqlandıracaq addımlara da yol vermək olmaz. "Ferma" realiti-şousunda mütəmadi baş verən qalmaqallar da xoşagələn deyil və tənqidlərə tuş gəlir. Bu da onu deməyə əsas verir ki, ssenaridə, formatda müəyyən dəyişikliklər edilməlidir. Biz yaradıcı işə müdaxilə etmirik. Amma tamaşaçının xoşuna gəlməyən hala müxtəlif formada reaksiya verməsinin də qarşısını ala bilmərik. Hazırda ölkə əhalisinin 75 faizinin internetə, bununla da sosial şəbəkələrə çıxış imkanı var. Sosial şəbəkələrdə, mediada kütləvi şəkildə tənqidlər yer alırsa, bu zaman müvafiq olaraq, yayımçı da, tənzimləyici qurum da məsələyə laqeyd qala bilmir. Bu baxımdan yayımçılar ehtiyatlı olmalıdır. Baş verən hallarla bağlı kanal təmsilçiləri ilə müvafiq səviyyədə müzakirələr aparılıb. Ümid edirik ki, gələcəkdə bu cür hallar olmayacaq".

Qeyd edək ki, yuxarıda qeyd olunan məsələ ARB telekanalında yayımlanan proqramda baş verib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol