• $
  • €
  • ₽
  • ₺
  • £

1400-dən artıq müəllim qiymətləndirildi

1400-dən artıq müəllim qiymətləndirildi
22.11.2016 15:00
Bakı şəhəri üzrə 8 mərkəzdə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdə iştirak etmiş müəllimlərin qiymətləndirilməsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, qiymətləndirmə Xəzər və Pirallahı rayonları üzrə 26, Suraxanı rayonu üzrə 114, Sabunçu rayonu üzrə 252, Xətai və Nizami rayonları üzrə 220, Binəqədi rayonu üzrə 276, Nəsimi və Nərimanov rayonları üzrə 258, Qaradağ rayonu üzrə 139, Yasamal və Səbail rayonları üzrə isə 60 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeyd edək ki, təhsil nazirinin "Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə” əmrinə əsasən, I-IX siniflərdə dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları təşkil edilib. Təlimlərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərlə yanaşı, məcburi köçkün, özəl və digər dövlət məktəblərində dərs deyən müəllimlər də iştirak ediblər.         

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə 1400-dən artıq müəllim iştirak edib. Qiymətləndirmənin nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol