• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
22.11.2016 16:00
Son günlər ölkədə hava şəraiti xeyli soyuq keçir.
 
Lent.az-ın məlumatına görə, ölkənin bəzi yerlərində şaxta müşahidə edilir, Bakıda da havanın temperaturu 1-2 dərəcəyədək enib.
 
Baş Dövlət Yol Polisi İdarəsi havaların şaxtalı keçməsi ilə bağlı sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, sürücülər qışa hazırlıq görməlidir və avtomobillərinin texniki sazlığını hərtərəfli yoxlamalıdırlar: "Xüsusi ilə dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qarlı-çiskinli keçməsi axşamlar yolların səthinin buz bağlaması ilə nəticələnir. Həmin ərazilərdən keçən sürücülər xüsusi ilə diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, qış şinləri ilə təmin olunmamış avtomobillərdən həmin ərazilərdə istifadə etməsinlər”.
 
K.Əliyev bildirib ki, hazırda hava şəraiti ilə bağlı hər hansı yolda narahatlıq yoxdur: "Şamaxı, İsmayıllı, Kürdəmir, Qusar zonalarında xırda qar yağır. Yollarda qar yoxdur və hərəkət normaldır. Balakən-Zaqatala istiqamətində bir qədər çiskin var. Ümumilikdə isə sürücülər axşam saatlarında yolun yaş hissəsinin buzlaşa biləcəyini nəzərə alaraq buna uyğun sürət həddi seçməlidirlər. Əsasən səhərlər sürücülər körpülərin üzərində problem yaşayırlar. Körpülər daha tez buzlaşdığından və daha gec burada buz əridiyindən sürücülər ehtiyatlı olmalıdırlar. Adətən körpünün üzərində yolun buz bağladığını görən sürücülər əyləci basırlar və bu zaman nəqliyyat vasitəsi idarəedilməz vəziyyətə gəlir. Çalışmaq lazımdır ki, yolun buz bağlamış hissəsində ümumiyyətlə əyləcdən istifadə edilməsin”.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol