• $
  • €
  • ₽
  • ₺
  • £

İş axtaranlara yeni fürsət

İş axtaranlara yeni fürsət
23.11.2016 10:55
Kənd Təsərrüfatı Nazirliyi (KTN) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyalarının torpaq, su və aqrokimyəvi maddələrin analizi, bitki və bitkiçilik məhsullarının analizi, bitkilərin ekspertizası şöbələrində vakant olan şöbə rəisi, baş aqrokimyaçı, baş entomoloq, baş fitopatoloq, aparıcı aqrokimyaçı, böyük aqrotexnik vəzifələrinin və rayonlar üzrə mütəxəssis qruplarında vakant olan baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyun 2008-ci il tarixli 5-3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 8 iyul 2008-ci il tarixində qeydiyyata alınmış (Dövlət qeydiyyat nömrəsi:3405) "Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq regional aqrokimya laboratoriyalarında mövcud vakant vəzifələrin tutulması üçün iddiaçılardan aşağıdakı şərtlər tələb olunur:

- müvafiq sahə üzrə ali ixtisas təhsili (aqrokimya, torpaqşünaslıq, kimya, biologiya, bitki mühafizəsi, aqronomluq);

- kompüter və dil biliklərinin olması;

- torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin aparılması barədə məlumatının və təcrübəsinin olması;

- torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək, analizlərin nəticələrini təhlil etməyi bacarmaq və tövsiyələr hazırlamaq;

- məhsulların tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini müəyyən etməyi bacarmaq;

- zərərvericivəxəstəliklərininkişaffenologiyası, entomofaqları,avadanlıq və cihazlardan istifadə qaydaları və texnologiyasını, onların iş prinsipini bilməli.

Regionalaqrokimyalaboratoriyalarındavakantyerlərin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilərlər: www.dfnx.gov.az. Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, 7a, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti. Müraciətlər elektron qaydada da göndərilə bilər.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol