“WhatsApp” videoları ilə bağlı mühüm yenilik

Populyar "WhatsApp” messencerinin son yenilənməsində videoların izlənməsi ilə bağlı yeni funksiya tətbiq edilib.
İKT.lent.az-ın "Mashable” saytına istinadən verdiyi xəbərə görə, bundan sonra videoları tam yüklənmədən də izləmək mümkün olacaq. İstifadəçilər daxil olan videoların yüklənməsi davam edərkən artıq onu real rejimdə izləyə biləcəklər.
Hazırda yeni funksiyadan "Android” əməliyyat sistemi ilə çalışan cihazlarda yararlanmaq olar.
Qeyd edək ki, "WhatsApp”da artıq videozəng funksiyası da istifadəyə verilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























