• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni tip bağçalar yaradılacaq

Azərbaycanda yeni tip bağçalar yaradılacaq
23.11.2016 21:40
Azərbaycanda yeni tip bağçalar - icma, ailə, bələdiyyə bağçaları yaradılacaq. 

ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd olunub.

Layihəyə görə, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması məqsədilə dövlət uşaq bağçaları şəbəkəsi genişləndiriləcək, onların şərait və təchizatı yaxşılaşdırılacaq.

Bununla yanaşı, ölkədə mülkiyyət formasına görə bələdiyyə, icma, özəl, ailə bağçaları tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq. Qeyd edək ki, hazırda Azərbaycanda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.

Layihəyə əsasən, məktəbəqədər təhsilin əhalinin bütün təbəqələri üçün əlçatan olması məqsədilə müxtəlif formaların, o cümlədən qısamüddətli, ailə tipli (icma əsaslı) təhsil xidmətlərinin tətbiqi nəzərdə tutulur.

Layihəyə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması məsələsi də daxil edilib.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol