Məktəblərdə bu fənn üzrə dərs saatı artırıla bilər

Azərbaycanın təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri artırıla bilər.
Bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində deyilir.
Qeyd olunur ki, növbəti illərdə təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin saatlarının artırılması, dərslərin keyfiyyəti və istifadə olunan metodologiyanın təkmilləşdirilməsi, metodiki vəsaitin işlənib hazırlanması, təhsil müəssisələrində və yaşayış yerlərində bədən tərbiyəsi və idman infrastrukturunun inkişaf etdirilməsi, məşqçi-müəllimlərin hazırlanması və ixtisaslarının artırılması, bədən tərbiyəsi və idman sahəsində elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi, müxtəlif idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazalarının yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Bundan başqa, bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançılar hazırlanması sahələri üzrə elmi tədqiqatların aparılması, idman təhsili sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi, bədən tərbiyəsi və idman sahəsində Milli Strategiyanın tələblərinə uyğun olaraq dövlət siyasətinə, qanunvericilik aktlarına və direktiv-normatik sənədlərə yenidən baxılması da nəzərdə tutulan tədbirlər sırasındadır. //Trend
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























