• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 3.70 manatlıq qəbz 80 AZN-ə satılır - ŞİKAYƏT

Bakıda 3.70 manatlıq qəbz 80 AZN-ə satılır - ŞİKAYƏT
24.11.2016 16:18
"Dəyəri 3,70 AZN olan qəbzə görə (yükdaşıma üçün dövlət rüsumu) 80 manat pul ödəyirəm” 

Bunu ANN.Az-a şikayətində paytaxtın Binəqədi rayon sakini Nəcəfqulu Həsənov yükdaşımaya görə Nəqliyyat Nazirliyinin əməkdaşlarının ondan dövlət rüsumunun deyil, artıq məbləğdə pul tələb etməsi haqqında danışarkən deyib.

Şikayətçinin sözlərinə görə, dövlət rüsumu 3,70 manat olduğu halda, nəqliyyat xidmətinin işçiləri ödəniş üçün 80 manat tələb edirlər:

"10 ildən çoxdur, yükdaşıma xidməti ilə məşğulam. Bu illər ərzində xidmətə görə artıq pul ödəməkdən bezmişəm. Yükdaşımaya görə, aylıq dövlət rüsumu 3 manat 70 qəpikdir, amma 80 manat tələb edirlər. 80 manatı vermədikdə, sənədi də vermirlər. Bu qədər özbaşınalıq olar? Problemi heç kimə sübut edə bilmirəm. Guya, qəbz verirlər, onun da qanuni olmasına şübhəm var. Çünki qəbzin üzərində "yükdaşıma xidməti və alınan məbləğ qəpik və manatla göstərilsin” yazısı var. Kağızın üzərində nə bir möhür, nə də qanuni olmasını sübut edən başqa bir yazı yoxdur. Ağ kağızı verib, 80 manat alırlar. İstədikləri pulu aldıqdan sonra əlindəki möhürü qəbzə vurub geri verirlər”.

"Dərdimə dərman olan yoxdur. Postlardan keçəndə yol polisi saxlayıb həmin qəbzi tələb etdikdə, deyirəm, yoxdur. Çünki hər ay dəyəri 3,70 manatlıq qəbzə 80 manat verib almağa imkanım çatmır. Polisə də bunu sübut etmək olmur. Deyir, qəbzin üzərində bu rəqəm yazılıb, necə ola bilər, səndən 80 manat alsınlar?”, - deyə şikayətçi əlavə edib. 

Nəcəfqulu Həsənov aidiyyatı orqanlara şikayət etdiyini, lakin heç bir nəticə olmadığını deyir:

"Kimi kimə şikayət edim? Şikayət etməkdən bezmişəm. 3 il bundan əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısına gedib dərdimi danışmaq istədim. Az qaldılar ki, məni döyüb öldürsünlər. Deyirdilər qəbzi göstər, göstərəndə qəbzin üstündə 3manat 70 qəpik yazılıb, sübut edə bilmirdim ki, məndən 80 manat pul alırlar. Bunun üstündə onlarla aramda dava düşüb. Məndə olan qəbzləri və əlimdə olan telefonu almaq üçün üstümə gəldilər, ancaq yaşlı adam olduğuma görə, çox da sıxışdırmadılar. Dəfələrlə "qaynar xətt”ə zəng etmişəm, baxan, maraqlanan yoxdur. Artıq qanunsuz pul ödəmək istəmirəm. Dövlət məndən rəsmi rüsum nə qədərdisə, onu ödəməyimi tələb edir, artığını yox. Mən də ailəmi normal dolandırmaq, xəstə uşağıma baxmaq istəyirəm”. 

Problemli məsələni aydınlaşdırmaq üçün Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Şəfa Mehmanqızı - Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi

Qurumun mətbuat katibi Şəfa Mehmanqızı ANN.Az-a açıqlamasında vətəndaşın iddiasını araşdırılacağını, doğru olduğu halda, qanunu pozanları işdən azad edəcəyini bildirdi:
 
"Ola bilsin, həmin şəxs yükdaşıma ilə bağlı fərqlənmə nişanını alıb, texniki baxışdan və tibbi (Reys qabağı tibbi müayinə - gündəlik və ya aylıq olur) müayinədən keçməyib. Bu məsələləri həll etmədiyi üçün vətəndaşın cərimələri toplanaraq, protokol tətbiq olunur. Əgər sadalanan bu məsələlər də qaydasındadırsa, hər gün dövlət rüsumunu ödəyirsə, "qaynar xətt”imizə zəng vuraraq, müraciət etsin. Həmin əməkdaşın ad-soyadını, avtomobillə ona yaxşınlaşıb pul tələb edirlərsə, maşının nömrəsi haqqında məlumat versin. Biz həmin məsələ ilə bağlı ciddi şəkildə məşğul olub vətəndaşın iddasının dorğu olub-olmadığını müəyyən edib, işçi barədə tədbirlər görüb, dərhal işdən azad edəcəyik". 

Qeyd edək ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları üçün dövlət rüsumu - hər 1 ton yük götürmə qabiliyyətinə görə, aylıq məbləğ, yük və sərnişin daşımalarının növündən və həyata keçirdiyi ərazidən asılı olaraq, Bakı şəhərində və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 2 AZN, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) 1,5 AZN, digər şəhər, rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələrinin arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) 1 AZN tətbiq olunur.

Orxan Aslanlı


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol