• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda gedişhaqqını qaldıran sürücü işdən qovuldu

Bakıda gedişhaqqını qaldıran sürücü işdən qovuldu
25.11.2016 12:02
"Vətəndaş Məhərrəmov Bəhram Abbasəli oğlu 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edib”.

Bu haqda Modern.az-a məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib ki, vətəndaşın şikayəti əsasında BNA-nın mütəxəssisləri tərəfindən, müntəzəm sərnişindaşıma xidməti göstərən 117 nömrəli marşrut avtobuslarına baxış keçirilib:

"Salonda daşıma haqqını əks etdirən marşrut lövhələri aşkarlanmayıb. 117 nömrəli marşrutun müvəqqəti istismarçısı Agentliyə dəvət olunaraq izahatı alınıb. Məsələ ilə bağlı tədbir görülməsinə dair daşıyıcıya ciddi tapşırıq verilib. Görülən tədbirlər nəticəsində 117 nömrəli marşrutda fəaliyyət göstərən 90 BK 869 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü daşıyıcı şirkət rəhbərliyinin əmri ilə işdən azad edilib”.
 
N.Allahyarova bildirib ki, eyni zamanda gediş haqqı tarifini göstərən məlumat lövhələrinin 117 nömrəli marşrut avtobuslarının salonlarında yerləşdirilməsi təmin edilib.

"Qeyd edilən faktın mövcudluğu bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin zəruri olduğunu göstərir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bir daha bütün daşıyıcı şirkətlərdən tez bir zamanda nağdsız ödəniş sisteminə keçmələrini tələb edir”.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol