• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qrip təhlükəsi var? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda qrip təhlükəsi var? - RƏSMİ AÇIQLAMA
25.11.2016 14:51
"Cari mövsümdə 115 nəfərdən ağır gedişli virus infeksiyalarına görə nümunə götürülüb”

ANN.Az xəbər verir ki, bu barədə AzVision.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Onun sözlərinə görə, xəstələrdən götürlən labarator müayinələrdə qrip virusları aşkar edilməyib:
 
"Bu günə qədər qeydiyyatda olan xəstələrdə kəskin resperatur virus infeksiyaları aşkar edilməyib, ölkədə qrip təhlükəsi yoxdur. Hadisə olmadığına görə şübhəli xəstələr müayinə olunanda qrip virusları aşkar edilmir”. 

A.Əliyeva qeyd edib ki, qrip və kəskin resperator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə səhiyyə naziri əmr imzalayıb:

"Əmr 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin resperator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi barədə göstərişlər verilib”.

Afaq Əliyeva bildirib ki, hal-hazırda respublikada bu sahədə işlər gücləndirilib:
 
"Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən bu sahədə işlər hal-hazırda davam etdirilir. Dezinfeksiya tədbirlərinin birinci mərhələsi artıq baş çatıb. İkinci mərhələ iki həftə və bir ay sonra təkrarən başlayacaq”. 

A.Əliyevanın sözlərinə görə, ölkədə insanların kəskin resperatur infeksiyalarına yoluxma hallarında artım müşahidə edilməyib:
 
"Ölkədə resperatur infeksiyalarına yoluxma hallarında artım yoxdur, vəziyyət sabitdir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol